“Turan”ın rəhbəri həbs qərarı üçün məhkəməyə aparıldı
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev şübhəli şəxsdən təqsirləndirilən şəxsə çevrilib. O, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, CM-nin 213.1 (vergidən yayınma) və 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu haqda “Azadliq.info”ya vəkili Fuad Ağayev məlumat verib.
Vəkil bildirib ki, Mehman Əliyevi onun barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair prokurorluğun vəsatətinə baxılması üçün Yasamal Rayon Məhkəməsinə apardılar.
Azadliq.info
Oxunub: 276