Avropa Şurasının Baş katibi Torborn Yaqland “Turan” Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Mən Azərbaycan hakimiyyətini üzvü olduğu Avropa Şurasının və qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyanın norma və dəyərlərinə uyğun hərəkət edərək demokratik cəmiyyətlərdə yol verilməyən azadlıqdan məhrum etməmək öhdəliyinə əməl etməyə çağırıram. Mətbuat orqanlarına və jurnalistlərə təzyiq edilmədən, qorxu tətbiq olunmadan sərbəst fəaliyyət imkanı yaradılmalıdır”.
Azadliq.info
Oxunub: 324