ABŞ Administrasiyasını bu həftə Azərbaycanda həbs olunmuş veteran jurnalist Mehman Əliyevin azadlığı üçün Bakıya təzyiq göstərməsinə çağıran petisiya bu gün Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilib.
Petisiya müəllifləri yada salırlar ki, Mehman Əliyevin yeganə “cinayəti” ölkənin sonuncu müstəqil media qurumuna rəhbərlik etməsidir. Bundan əlavə “Turan”ın keçmiş Sovetlər məkanında yaradılmış ilk müstəqil informasiya agentiyi olduğu da yada salınır.
Bu il Avqustun 25-də Bakı məhkəməsi Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmə onu vergidən yaınma, vəzifə səlahittəylərindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham edir.
Petisiya müəllifləri xatırladırlar ki, bu həbs yerli rəsmilərin Turanı “ələ almaq” üçün agentliyə yönəlik adrıcıl təzyiqlərinin fonunda baş verib.
Əliyevə qarşı irəli sürülmüş saxta ittihamlar onun 7 ilədək həbsinə dair plan hazırlığından xəbər xerir.
Müəlliflər Ağ Evi məsələyə təcili müdaxilə etməyə çağırırlar.
Azərbaycan rəsmilərindən Mehman Əliyevə qarşı ittihamları dayandırması və onun dərhal və qeyri-şərtsiz azadlığa buraxılmasına istənilir.
Petisiya Sentyabrın 25-dək Ağ Evin səhifəsində imzalanmaya açıq olacaq.
Administrasiyanın məsələyə münasibət bildirməsi üçün sənədin 100 min imzaçı tərəfindən imzalanması tələb olunur.
Azadliq.info
Oxunub: 690