İsmayıllı rayonunda keçirilən toy mərasimi zamanı silahlı insident baş verib. Tapançadan açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirilir. Əldə olunan məlumata görə, hadisə zamanı 7 dəfə atəş açılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İnsidentin kriminal avtoritetlərdən birinin qardaşının toyunda baş verdiyi deyilir.
(report)
Oxunub: 990