“Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olan “Standard İnsurance Georgia” ilə bağlı maraqlı məlumat daxil olub.
“Standard İnsurance Georgia” şirkətində çox sayda erməni işləyir. Bu iddiaları təsdiqləyən görüntülərdə Teymuraz Simonyan adlı erməni işçisinin imzası, həmçinin erməni Simonyanın sığorta şirkətinin rəsmi e-mailindən istifadə etdiyi əks olunub. Teymuraz Simonyanın şirkət e-maili ilə yazışmasında vəzifəsinin satış koordinatoru olduğu aydın olur.
Maraqlısı ondadır ki, Azərbaycan şirkətinin törəməsi olan “Standard İnsurance Georgia” şirkətində baş direktor Nicat Hüseynov, idarə heyətinin sədri Kamran Bağırov və rəhbər şəxslərdən biri Emin Bünyatov Müşahidə Şurasının üzvüdür. Ancaq görünən odur ki, sözügedən şirkətdə ermənilərin işsizliyi problemi yüksək səviyyədə diqqətdə saxlanılır. İddialara görə, baş direktor Nicat Hüseynov ermənilərin işsizliyi problemini özü üçün prioritet edib və bunun üçün böyük səylə çalışır.
“Standard İnsurance” şirkətindən bildirilib ki, gün ərzində yayılan məlumatlara rəsmi cavab veriləcək. (BAKU.WS)
Oxunub: 306