Bundan əvvəl bir terrorçunun məhv edildiyi, bir əməliyyatçının həlak olduğu bildirilirdi.
Milli Antiterror Komitəsinin məlumatına əsasən, əməliyyat zamanı baş verən atışma nəticəsində Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 2 terrorçu öldürülüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Mülki əhali arasında zərərçəkən olmayıb.
***
Dağıstanın Balyurt qəsəbəsində keçirilmiş antiterror əməliyyatı zamanı Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 1 nəfər öldürülüb.
Hadisə nəticəsində 1 xüsusi xidmət orqanı əməkdaşının öldüyü və daha 2 nəfərin yaralandığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı dəstənin qaldığı 3 evi mühasirəyə alıb və atışma bu zaman başlayıb.
Milli Antiterror Komitəsinin informasiya mərkəzi silahlı dəstəyə qarşı əməliyyatın keçirildiyini təsdiqləyib.
Oxunub: 158