Moskvadakı alimlər batereya ilə idarə olunan və insan gözünə əsaslanan sürücüsüz avtomobili sınaqdan keçirir. Onların dediyinə görə, istehsalı ucuz başa gələn avtomobilləri bu yaxınlarda texnologiya parkları və kollec kampusları kimi qapalı ərazilərin yollarında görmək olar.
Qarşıdakı şüşə əvəzinə video-kamera yerləşdirilmiş bu sarı rəngli mikro avtobuslara rusların məşhur kuklasının adı qoyulub – “Matryoşka”.
Alimlər bir neçə test keçdikdən sonra artıq bu avtomobilin yalnız yadında qaldığı yollarla, saatda 30 km. sürətlə insan və ya yük daşıyacağını deyir. “O, marşrutu bilir və bunu qarşısında gördükləri müqabilində edir. Yəni insan kimi, gördüyünü yadda saxlayır və həmin yolla davam edir” deyə, tədqiqatçı-alim Danil Lisutkin bildirir.
Hazırda bu vasitələrin əksəriyyəti yolları tapmaq üçün video kameralar, lazer əsaslı radar və ya lidardan istifadə etməklə, peyklə əlaqəli naviqasiya sistemindən istifadə etməklə idarə olunur.
Rus mühəndisləri hansısa marşrutla idarə üçün yalnız video-kameraların kifayət etdiyini deyirlər. “Kompüterə qoşulan kameralar və neytral gözlə görünənlər kameralardan alınan görüntüləri təhlil edir və avtobus harada olduğunu, qarşısında nə olduğunu dərk edir.”
“Matryoşka” batereyası adi, Avropa standartına uyğun 220 voltda 9 saata yüklənir. Lakin daha sürətli yükləmə 4 saata başa çatır ki, həmin batereya ilə maşın 100 km-dən çox yol qət edə bilir. “Matryoşka” layihəsinin başçısı Anton Poippel: “Biz bu maşından istənilən vaxt, istənilən şəraitdə istifadə edə bilərik, yayda, qışda, gecə və gündüz.”
Taksi kimi isə mikro-avtobusa 12 sərnişin yerləşir. Bu maşının istehsalına gələn il başlanması planlaşdırılır.
Oxunub: 114