ABŞ-nın Türkiyәdәki sәfirliyi viza xidmәtlәrinin müddәtsiz olaraq dayandırıldığını açıqlayıb. Açıqlama sәfirliyin tvitter hesabından yayılıb. Açıqlamada bildirilir ki; “son zamanlarda baş verәn hadisәlәr ABŞ hökumәtini Türkiyә hökumәtinin ABŞ nümayәndәliyinin tәsislәri vә heyәtinin tәhlükәsizliyinә dair öhdәliklәri yenidәn dәyәrlәndirmәk mәcburiyyәtindә qoyub. Mövzunu dәyәrlәndirmә müddәtindә sәfirliyimizә vә konsulluğumuza gәlәn müraciәtlәri әn aza endirmәk mәqsәdi ilә bu andan etibarәn keçәrli olmaq üzrә Türkiyәdәki bütün ABŞ diplomatik nümayәndәliklәrindәki qaçqın olmayan viza xidmәtlәri hәmin andan etibarәn dayandırılıb.
Qaçqın olmayan vizalar turistik, iş, keçici işlәmәk, tәhsil vә ya tibbi müalicә mәqsәdi ilә ABŞ -a getmәk istәyәn şәxslәri әhatә edir.
ABŞ-nın bu qәrarının ardından cavab olaraq Türkiyәnin Vaşinqton sәfirliyi ABŞ vәtәndaşlarının viza müraciәtlәrini dayandırıb.
Azadliq.info
Oxunub: 492