Məşhur yazıçımız Çingiz Hüseynov 7 oktyabr mitinqinə dəstək çağırışı edib. O, 7 oktyabr mitinqini xalqın başında qoz sındıranların və Xalqın qələcəyini düşünənlərin savaşı adlandırıb. Çağırışda deyilir:
“Bu ayın 7-də mənim birinci vətənimdə nümayişlər keçiriləcək.
Millətimin ən parlaq, ən dəyərli və seçimli evladlarını, igidlərini və qorxmazlarını görüb həqiqət səslərini eşidəcəyik. Keçən zamanlarda olduğu kimi, onları qovanları da, zülmün keşiyində durub ədaləti boğanları da, “millət necə tarac olur olsun, nə işim var?” şuarıyla yaşayanları, yırtıci sistemin keşiyində duran, yalana xidmət edən qul təbiətliləri də görəcəyik. Bu nümayişlər təkçə siyasi mübarizə deyil. Haqqla Yalanin, İşıqla Zülmətin toqquşmasıdır. Xalqin başında qoz sındiranların və Xalqin qələcəyini düşünənlərin savaşıdır.
P.S. Demə, 7-də birinci vətənimin əkiz qardaşı olan ikinci vətənim Rusiyada da Putinin ad gününə bağli və onun siyasətinə qarşi etiraz nümayişləri gözlənilir. Hər iki nümayişçi igidlərə uğurlar diləyirəm! Çingiz Hüseynov”.
Oxunub: 1050