Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin 65 yaşı tamam olub. Maraqlıdır ki, onu yubileyi münasibətilə Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Serbiya, Tacikistan, Özbəkistan və Finlandiya prezidentləri təbrik edib.
Azərbaycan prezidentinin mətbuat xidməti prezident İlham Əliyevin Putini yubileyi münasibətilə telefonla təbrik etdiyi barədə xəbər yayıb: “Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb”.
İndi görək Vladimir Putin “Rusiya xalqının fivanlığı” üçün çoxillik prezidentliyi dövründə nələr edib. Bu məlumat rusiyalı FB istifadəçilərindən birinin statusundan götürülüb. Həmin istifadəçi neft və qaz ölkəsi olan Norveçlə Rusiyanı müqayisə edib. Siz də tanış olun.
Norveç – orta ömür 82 yaş.
Rusiya – 72
Norveç dünyanın ən xoşbəxt ölkələrindəndir.
Rusiya bu siyahıda 46-cı yerdədir.
Norveçdə orta aylıq əmək haqqı Rusiyadakından 8 dəfə yüksəkdir:
Norveç- 255 000.
Rusiya – 32 000.
Norveçdə Minimum pensiya Rusiyadakından 10 dəfə çoxdur:
Norveç – 91 500.
Rusiya – 8 500.
Notveçli qazancının 10 faizini, rusiyalı isə 50 faizini ərzağa xərcləyir.
Kommunal xidmətlərə norveçli qazancının 11 faizini, rusiyalı isə 10 faizini xərcləyir.
Ərzaq və kommunal xərcləri çıxandan sonra norveçlinin əmək haqqının 80 faizi ona qalır. Rusiyada isə bu xərclər çıxılandan sonra əmək haqqının cəmi 40 faizi qalır.
Norveçdə neft və təbii resurslar xalqın sərvəti elan olunub.
Bunlardan gələn qazanc səhiyyə, təhsil və gələcək nəsillər üçün yaradılan fonda gedir.
İndi hər norveçlinin hesabında neft gəlirlərindən təxminən 10 milyon rubl var.
Buna baxmayaraq Norveçin büdcəsinin cəmi 20 faizi neft və qazdan asılıdır.
Rusiyada bu asılılıq 50 faizdir.
Korrupsiyaya qarşı mübarizədə Norveç dünya ölkələri arasında 5-ci yerdə dayanır.
Rusiya isə bu reytinqdə Nigeriya ilə qonşudur – 136-cı yer.
Norveçdə varlılar və yoxsullar anlayışı yoxdur, sadəcə orta təbəqə var.
Rusiya isə sosial bərabərsizlikdə dünya ölkələri arasında 1-ci yerdədir. Burada ölkə sərvətinin 90 faizi 10 faiz varlının əlindədir.
P.S.Azərbaycanlılar da “firavan” yaşayan xalqlardandır. Norveçlə neft və qaz ölkəsi olan Azərbaycan arasında fərqi də təxminən elə bu cür, bəlkə də bir qədər də pis saymaq olar.
Oxunub: 854