Açıq Büdcə İndeksində mövqeyimiz pisləşib.
Bu xəbəri Facebook səhifəsində iqtisadçı Samir Əliyev paylaşıb.
Azərbaycan 207-ci il üzrə Açıq Büdcə İndeksində (THE OPEN BUDGET INDEX 2017) 100 mümkün baldan cəmisi 34 bal toplayaraq büdcə şəffaflığı kifayət qədər olmayan 4-cü kateqoriyaya – minimal məlumatın mümkünlüyü (Minimal Information Available) kateqoriyasına daxil olub. Bununla da 115 ölkə arasında 77-ci yeri tutmuşuq. Ölkəmizin topladığı bal 2006-cı ildən sonra ən aşağı səviyyədir. Bundan əvvəl 51 bala (2015) yüksəlmə olsa da, neftin ucuzlaşması hökuməti məlumatları daha da qapalı etməsinə gətirib çıxardı.
Qeyd etmək lazımdır ki, Gürcüstan 82, Rusiya 72, Türkiyə 58, Qırğızıstan 55, Qazaxıstan 53 bal toplayıb.
Oxunub: 246