Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.
Prokuror C.Canıyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Proses fevralın 7-də davam edəcək.
İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 344

































