Şəki İpək kombinatı fevralın 1-dən işini müvəqqəti dayandırıb. Hələ yanvarın 15-dən 250 işçi öz hesablarına məzuniyyətə göndərilib. “Şəki İpək” ASC rəhbərliyi faktı “Turan” İA-ya təsdiq edib.
Müəssisədə hazır məhsulların – xam ipək parçanın satışı ilə bağlı problemlər yaşayır. Məhsulların bəziləri İran və Türkmənistana satılır. Məhsulların böyük hissəsi yüksək maya dəyərinə görə anbarlarda yığılıb qalıb.
Oxunub: 430