Vətənpərvərlikdən danışanların hökumətpərvərlik tələbi
Hamımızın bildiyi həqiqət budur ki, Azərbaycanda müstəqil mətbuat yoxdur. Bütün mətbuat orqanları Prezident Aparatnın mətbuat xidməti kimi çıxış edir. Yazılı mətbuatın yeganə müstləqil nümunəsi kimi “Azadlıq” qəzeti idi qalmışdı. onu da qapadılar. Ona görə də bugün mətbuata qayğıdan, azad sözdən, müstəqil jurnalistikadan danışmaq lətifəlik məsələdi. Bəli, barmaqla sayılacaq qədər müstəql jurnalist qalıb ki, onların da qəzet buraxmaq, sərbəst fəaliyyət göstərmək imkanları yoxdur. Amma sən saydığını say, gör Əli Həsənov nə sayır. Bəli, Yanvarın 30-da jurnalistlərə inşa olunan ikinci binada mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib və jurnalistlərin müstəqillik bolluğuna düşməsindən danışıb. «Azərbaycan mediasının təməli sağlam qoyulub. Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməlidir, vətənpərvərlik aşılamalıdır. Azərbaycanda media siyasəti iflasa uğrayıb deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb. Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər. Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib? Əksinə, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlər bunu təlqin edirlər. Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq. Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdu. Bəzi media ekspertləri düşünür ki, dövlətdən pulsuz ev alan jurnalistlər müstəqilliyini itirirlər” deyə Əli Həsənov bildirib.
Təbii ki, so nda Əli Həsənov jurnalistlərin seçkilərdə İlham Əliyevə səs verəcəklərindən əmin olduğunu da vurğlayıb.
Həmişə belə olur, ağızdolusu danışırlar və heç bir fakt göstərə bilmirlər. Əli Həsənov ölkədə 1 dənə də müstəqil qəzetin olmadığını bilir və ona görə də heç vaxt nümunə göstərməyə cəhd etmir. Ölkənin ən istedadlı jurnalistləri şərlənərək həbs olunur, qondarma ittihamlara məruz qalır, yaxınları ilə şantaj edilir. Ölkənin müstəqil saytlarına blok qoyulub. Amma hökumətin ürəyi soyumayıb və həmin saytların sosial şəbəkələrdəki səhifələrini oğurlamğ uğrunda qızğın iş gedir. Ölkədəki ədalətsizliyi, korrupsiyanı, məmur özbaşınalığını ifşa edən jurnalsitlər “vətən xaini”, “ermənipərəst” adlanır. Azərbaycan azad söz indeksində sonuncu yerlərdə qərarlaşır. Juranlistdən tərifləmək, yaltaqlanmaq, neativlərə göz yummaq tələb olunur. Və bütün bunlardan sonra hökumətin media siyasətinin bəhrələrindən danışılır. Faktiki olaraq jurnalistikanın evini yıxıb, jurnalistlərə ev paylayırlar. Evlərin paylanmasının hansı meyarlara əsaslandığını, bu prosesdə “şəffaf”lığın necə təmin olunduğunu, jurnalsitikaya aidiyyatı olmayan adamların hansı xidmətlərinə görə siyahıya salındığını yaxşı bilirik.
Bu gün Azərbaycan mətbuatının vəziyyəti həqiqətən də acınacaqlıdır. Tədbirdə jurnalistə vətənpərvərlikdən danışıb, reallıqda jurnalistdən hökumətpərvərlik tələb edirlər. Bugün hakimiyyətin yaxasından medal asdığı adamlara cəmiyyətdə hansı qiymətin verildiyi göz önündədir. Əqidədaşlarını satan, keçmişinə xəyanət edən, ləyaqətli insanlara çamur atan adamları “dəyərli jurnalist”kimi təqdim edirlər.
Qanunların işləmədiyi, hüququn ayaq altına atıldığı ölkədə “Mətbuat Şurası” adlanan qurum müstəqil ola bilərmi? Bu qurumda təmsil olunanların müstəqilliyini sübut edə biləcək nümunə varmı?
Bir tərəfdən yazılı mətbuatı “tarixi səlnamə” adlandırıb, o biri tərəfdən tarixi səlnamələri cırmaqla məşğul olurlar. Tənəzzülü inkişaf, saxtakarlığı şəffaflıq kimi təqdim edənlər, indi də mətbuatın məhv edilməsini “jurnalsitikaya qayğı” kimi təqdim edirlər.
Əsas odur ki, Əli Həsənov jurnalistlərin İlham Əliyevə səs verəcəyindən əmindir. Buna görə bir binalıq xərcə düşmək olar. Mətbuatı sökəndən sonra, bina tikməyə nə var ki…
Akif
Oxunub: 516