Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllalar ortaya çıxıb”
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, həmin şəxslər insanları aldadırlar:
“Onlar guya xidmət göstərirlər. Yalandan qiymətlər verirlər, yalandan nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə biz itiririk. Biz birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər”.
Nazirin bu açıqlaması heç də təəccüblü deyil. Ona görə təəccüblü deyil ki, Azərbaycanda indi mövcud olan dövlət idarəçiliyi sovet idarəçilik üsullarınl yaşatmaqda davam edir.Sovet dövründə adətən problemlərin səbəbini aşkara çıxarıb həll etmək əvəzinə günahkarları kənarda axtarırdılar. Ticarətdə mövcud olan problemləri həll edə bilmədiklərindən məsuliyyəti möhtəkurlərin üzərinə atırdılar.
Yararsız idarəçiliyin nəticələrindən biri də turizm sektorunda mövcud olan çox pis vəziyyətdir.Ötən il ölkəyə 2 milyon 700 min turist gəldiyi halda, ölkədən xaricə gedən turistlərin sayı 4 milyondan çox olub.
Qonşu Gürcüstana bu sahədə böyük hesabla uduzmağımız tamamilə idarəçilikdə olan problemlərlə bağlıdır. Bir həqiqət etiraf olunmalıdır ki, Gürcüstan məhz genişmiqyaslı demokratik islahatlardan sonra turizm ölkəsinə çevrildi.Dövlət idarəçiliyində korrupsiya, iqtisadi idarəçilikdə monopoliya olduğu halda heç bir sahənin, o cümlədən turizmin inkişafı mümkün deyil.
Oxunub: 592