Prezident Hassan Rohani deyir ki, İran xalqı xarici təzyiqə baxmayaraq, dini isteblişmenti dəstəkləməkdədir. Amma o, təkidlə bildirib ki, ölkə liderləri də bu yaxınlarda küçələrə çıxmış etirazçıları dinləməlidirlər.
Rohani yanvarın 31-də danışıb. Ondan bir neçə saat öncə ABŞ prezidenti Donald Trump deyib ki, ölkəsi İran xalqının “korrupsioner diktatura”ya qarşı mübarizəsində onun yanındadır.
“İran xalqı heç vaxt İmam Khomeini-nin irsindən əl çəkməyəcək – islamçılıq və respublikaçılıq. Dönüş qeyri-mümkündür”, – Rohani İran İslam Respublikasının yaradıcısı ayətulla Ruhollah Khomeini-nin Tehran yaxınlığındakı mavzoleyinə ziyarət zamanı deyib.
Rohani eyham vurub ki, İran isteblişmenti qəzəbli etirazçılara qulaq asmazsa, xalqın dəstəyinə də risk yaranmış olar.
Trump Konqresdə illik müraciətində konqresmenləri İranın 2015-ci ildə dünya gücləriylə imzaladığı nüvə sazişindəki “fundamental qüsurlar”ı düzəltməyə çağırıb. (Azadlig.org)
Oxunub: 234