İstanbul məhkəməsi Amnesty İnternational (Aİ) insan hüquqları qrupunun Türkiyə üzrə rəhbəri Taner Kılıçın zaminə buraxılması barədə qərar çıxarıb.
Keçən ilin iyun ayında saxlanılan cənab Kılıç, terror təşkilatına üzv olmaqda ittiham edilirdi.
Londonda mənzillənən Aİ qrupu bu ittihamları “əsassız” kimi rədd etmişdi.
Daha 10 fəal həbsdə saxlanılır. Onlar 2016-cı ildə baş verən dövlət çevrilişi cəhdi ardınca təqiblər çərçivəsində saxlanılıb.
Cənab Kılıç, Fethullah Gülenin davamçıları tərəfindən istifadə edildiyi deyilən Bylock adlı şifrəli mesajlaşma proqramını işlətməkdə təqsirləndirilir.
Prezident Recep Tayyip Erdogan Gülenin dövlət çevrilişi cəhdinin arxasında durduğunu hesab edir. ABŞ-da könüllü mühacirətdə yaşayan vaiz bu iddiaları rədd edir.
Oxunub: 256