Sabah – fevralın 28-də saat 15:30-da Gəncə Apelyasiya Məhkəməsində Gözəl Bayramlının apelyasiya şikayəti üzrə hazırlıq iclası keçiriləcək. Prosesə Gəncə Apelyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarov sədrlik edəcək.
Vəkil Elçin Sadıqovun verdiyi xəbərə görə, məhkəmə iclası açıq keçiriləcək, prosesdə Gözəl Bayramlı özü də iştirak edəcək.
Gözəl Bayramlı AR CM-nin 206.1. maddəsilə təqsirli bilinərək Qazax Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Azadliq.info
Oxunub: 128