Dünən Rusiyanın Çelyabinsk vilayətinin Kartalinsky rayonunda 2 azərbaycanlı dəhşətli qəza nəticəsində dünyasını dəyişib.
Dünən səhər saatlarında rayonun Velikodetrovka-Kartalı-Annenskoy yolunun 12-ci kilometrliyində “Nissan X-Trail” və “VAZ-21102” avtomobilləri toqquşub.
Hadisə nəticəsində “VAZ-21102”-nin sürücüsü 1971-ci il təvəllüdlü Musa Muxtarov və sərnişini 1981-ci il təvəllüdlü Siyasət Əhədov dünyasını dəyişib.
Hadisəyə səbəbkar isə hələlik adı açıqlanmayan, Rusiya vətəndaşı 26 yaşlı “Nissan X-Trail”-in sürücüsü olub. Havaların qarlı-şaxtalı keçməsi səbəbindən yolları buz bağlayıb. 26 yaşlı “Nissan X-Trail”-in sürücüsü yolda sürət həddini aşdığı üçün qəza baş verib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb. Hər iki mərhumun cənazəsinin sabah Azərbaycana gətirilməsi gözlənilir. Hazırda isə onların sənədləri hazırlanıb və ölkəyə göndərilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Musa Muxtarov və sərnişini Siyasət Əhədov Azərbaycanın Lənkəran rayonu Cil kəndində doğulublar. Musa Muxtarov Siyasət Əhədovun dayısı olub. Onlar uzun müddətdir ki, Çelyabinsk vilayətində ailələri ilə yaşayıb və kiçik ticarətlə məşğul olublar. (Unikal.org)
Oxunub: 664