“Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, yerin dərinliklərində proses gedir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənovun sözlərinə görə, onlar yerin dərin qatlarında hansısa proseslərin baş verdiyini müəyyənləşdirə bilmirlər:
“Bayılda yanvarın 24-də baş verən sürüşmədən bir gün əvvəl biz ərazidə olmuşduq. Orada heç bir dəyişiklik yox idi, ancaq sabahısı vəziyyət dəyişmişdi. Buna görə də yerin dərin qatlarında hansısa proseslərin baş verib-vermədiyini deyə bilmirik. Hazırda isə ərazidə elə bir dəyişiklik müşahidə edilmir”.
R.Həsənov qeyd edib ki, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində dəqiq tədiqatların aparılması üçün hazırlıq işləri görülür:
“Ola bilsin ki, yaxın günlərdə bu tədqiqatlara başlayacayıq. Reperlər quraşdırıldıqan sonra ərazidəki ən kiçik tərpənişi belə hiss etmək mümkün olacaq”.
Oxunub: 110