Şəkildə gördüyünüz şəxs Ağalarov Elşad Azərbaycanda sakit həyatına davam etdiyi bir zaman təsadüfən (?) onu Almaniyaya yerləşib orada daimi yaşamaq imkanının heç də əlçatmaz olmadığına inandırırlar. Onu əmin edirlər ki, cəmi bir neçə min evro xərcləməklə Almaniyadan sığınacaq alamğa kömək edə bilərik.
Beləliklə, adi bir vətəndaşın Almaniya macərası başlayır. Miqrant mafiyasının Azərbaycan bölməsi onu lazımi sənədlərlə , viza (macar), orada qarşılamaq və s. öhdəliklərinə əməl ederek , zavallını Almanyaya göndərir. Almaniyadakı işbazlar isə onu qarşılayır, “lazımi sənədlərlə” təhciz edib, qısa instruktajdan sonra ölkədəki qaçqınlar düşərgələrindən birinə ötürürlər.
Azərbaycanda adı vətəndaş həyatı sürən Elşad Ağalarov düşərgədə anlayır ki, onu aldadıblar. Ona verilən sənədlərlə görə ölkədə ən təqibə məruz qalan siyasi fəal olub, onu neçə həbs etmək üçün sən demə yuxarılarda oturub plan cızırmışlar, lakin o bundan vaxtında duyuq düşərək ölkəni tərk edib…
Bundan vahiməyə düşən Elşad Ağalarov Almaniya Miqrasiya Xidməti əməkdaşlarına hər şeyi etiraf edib və təbii ki, onlar da onu ailəsi ilə birlikdə geriyə göndərib haqqını Azərbaycanda araması üçün tövsiyyədə bulunublar və bu haqda oraya məlumat verəcəklərini bildiriblər.
Bakıya dönən Elşad Ağalarovun sözün əsl mənasında qara günləri başlayır. İşlə məşğul olan Bakı Ağır Cinayətlər idarəsinin müstəntiqi Nəsibov Vüqar ilk öncə Elşad Ağalarova haqq ədalətin bərpa ediləcəyinə dair vədlər versə də , sonda Elşad Ağalarovu qorxutmağa başlayır. Və etiraf edir ki, bu mafiyadan özü də qorxur.
Və sonda Elşad Ağalarova 600 manat pul verərək ona ölkədən iki gun ərzində qaçmağı məsləhət görür. Çarəsiz qalan E. Ağalarov bu dəfə doğrudan da ölkədən qaçır.
Bizimlə söhbətində E.Ağalarov yüzlərlə vətəndaşın bu yolla aldadıldığını iddia edir. Bu işlərlə məşğul olan mütəşəkkil dəstənin isə hələ də iş başında olması çox düşündürücüdür.
Oxunub: 1042