Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 15 gün inzbati həbsə məhkum edilənTofiq Məmmədovla bağlı Yasamal rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. Bu barədə vəkil Əsabəli Mustafayev fevralın 28-də Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində Tofiq Məmmədovla görüşdükdən sonra Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, T.Məmmədovun 15 sutka həbs cəzası alması ilə bağlı məhkəmə qərarından çıxarışda həbsin hansı hüquqpozmaya görə verildiyi məlum deyil.
Vəkil ehtimal edir ki, bu inzibati cəza T.Məmmədova limon satdığına görə, polislərin ona “narkotika sat, amma metronun yanında limon satma” deməsini ictiamiləşdirməsi ilə bağlı ola bilər.
AXCP fəalı T.Məmmədov bu il fevralın 21-də “Kanal-13” internet tv kanalına açıqlamasında metronun “İnşaatçılar“ stansiyası yaxınlığında limon satdığına görə polislərin ona “narkotika sat, amma burada limon satma” deyimini ictimailəşdirib. Fevrlaın 22-də fəal saxlanılaraq 15 sutka inzibati cəza verilib.
Oxunub: 102