Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib.
“CNNTurk” xəbər verir ki, o, bunu martın 1-də Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında açıqlayıb.
S.Sarkisyan deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün imzalanan protokolların ləğv olunması haqqında fərman imzalayıb.
Qeyd edək ki, Ermənistan prezidenti 2010-cu ilin aprelin 22-də protokolların ratifikasiyası prosesinin dayandırlması barədə fərman imzalamışdı. Nəticədə sənədlərin ratifikasiyası dondurulmuşdu.
Oxunub: 520