AXCP sədrinin müsahibəsini silmək tələbilə bloqçu Azər Kazımzadəyə təzyiq edirlər
Bloqçu Azər Kazımzadə feysbuk hesabında məlumat paylaşıb ki, AXCP sədri Əli Kərimlidən aldığı müsahibəyə görə Azərbaycan hakimiyyət nümayəndələri onun qohumlarına təzyiq edir. A.Kazımzadə Azərbaycandan kənarda fəaliyyət göstərir. Hazırda o, Sancaq feysbuk səhifəsində və Obyektiv internet televiziyasının fb səhifəsi ilə YouTube kanalında canlı yayımlar edir. AXCP sədri ilə də bu resurslarda bir neçə dəfə canlı müsahibə edib. Onun yazdığından belə anlaşılır ki, qohumları vasitəsilə ona təzyiq cəhdi Ə.Kərimli ilə son müsahibədən sonra başlayıb. Kazımzadə yazır:
“Əli Kərimli ilə müsahibədən sonra Əliyevin adamları qohumlarıma təzyiq eləməyə başlayıb. Deyiblər ki, müsahibəni silsin və bundan sonra Kərimliyə meydan verməsin. Bədbəxtlər anlamır ki, təzyiq etdikləri qohumlar məndən 4-5 il əvvəl imtina ediblər (daha doğrusu elətdiriblər). Siz təzyiqlərinizi davam etdirin, növbəti canlı yayım da olacaq. Ən əsası, biz qohumlarımıza görə bu yola çıxmamışıq. Biz Azərbaycan naminə bu yoldayıq və Azərbaycan azad olana qədər bircə addım belə geri atmaq fikrim yoxdur”.
Söhbət yəqin ki, bu müsahibədən gedir:
Oxunub: 2648