Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup 2018-cı ilin mart ayının 1-nə qədər daxil olan müraciətləri araşdıraraq siyahının yenilənmiş variantını ictimaiyyətə təqdim edib.
Siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində 20 mart 2018-ci il tarixə cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan şəxslərin sayı 142, monitorinq altında olanların sayı isə 2-dir.
Qrup siyahı üzərində iş zamanı ölkədə söz və toplaşma azadlığı kimi fundamental haqlarından istifadə edənlərin həbslərinin artdığını, eləcə də hökumətin dinc inanclı kəsimə qarşı repressiyalarının davam etdiyinin şahidi olub.
Qrupun siyasi məhbus kimi tanıdığı 142 nəfərdən:
– 11-ı jurnalist və blogger (Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Əfqan Muxtarlı, Əziz Orucov, Rəşad Ramazanov, Əfqan Sadıqov, Elçin İsmayıllı, Ziya Əsədli)
– 2-si şair və yazar (Tofiq Həsənli, Saday Şəkərli),
– 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),
– 12-si siyasi və ictimai fəal (Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, İlqar Məmmədov, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Asif Yusifli, Fuad Əhmədli, Elnur Fərəcov, Əlikram Xurşudov)
– 83-ü inanclı fəal (Abgül Süleymanov, Mövsüm Səmədov, Şamil Abduləliyev, Cahad Babakişizadə, Tale Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, Rasim Cəbrayılov, Bəhruz Əskərov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Zakir Mustafayev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibala Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Elvin Bünyadov, Lətif Əhmədov, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Vüsal Alış, Seymur Aslanov, Elgün Axundov, Əmirəli Əliyev, Ramil Əliyev, İsa İbrahimov, Elxan İskəndərov, Nahid Qəhrəmanov, Fərhad Muradov, Əlibəy Şahbazov, Seyfəddin Şirvanov, Ağa-Əli Yəhyayev, Elçin Qasımov, Elman Ağayev, Faiq Allahverdiyev, Eldar Bünyatov, Elxan Həsənov, Əli Hüseynov, Mübariz İbrahimov, Mehman Quliyev, Mehman Məmmədov, Zülfüqar Mıkayılov, Ramil Seyfullayev, Ruzi İsmayılov, Cabir Əliyev, Əhsən Nuruzadə, Məhəmmədəli Axundzadə, Sahib Həbibov, Əliəsgər Cabbarov, Mötəbər Babayev, Rasim Binyatov, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Əmirhüseyn Rüstəmov, Fail Şahbazov, Cavanşır Tağıyev, Tərlan Ağadadaşov, Rövşən Allahverdiyev, İlham Hətəmov, David Kərimov, Elşad Rzayev, Telman Şirəliyev, Rza Ağalı, Xalid Kazımov, Ziya Tahirov, Valeh Abdullayev, Qorxmaz Camalov, Elimxan Hüseynov, Samir Hüseynov, Elvin Nəsirov, Ceyhun Səfərli, Fəramiz Abbasov, Rufulla Axundzadə, Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov, İsmayıl Məmmədov, Sərdar Babayev, Elnur Cavadov)
– 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiarsalov, Arif Kazımov və Səfa Poladov),
– 15-i sosial etirazlarla bağlı tutulanlar (onlardan 1-i 2013-cü il İsmayıllı, 4-ü 2015-ci il Mingəçevir, 10-u 2016-cı il Siyəzən etirazlarına görə tutulanlardır: Vasif İbrahimov, İlkin Abdullayev, Nəsir Hüseynov, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, Kamran Abdullayev, Talıb Ağamaliyev, Elçin Əliyev, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Nizami Qəniyev, Namiq Məstanov, Zaur Şəkərov, Abasət Süleymanov).
– 2-si keçmiş dövlət məmurları (Əli İnsanov və Rüfət Səfərov),
– 3-ü siyasi girovlar (Mübariz Abdullayev, Murad Ədilov, Elnur Seyidov),
– 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır (Səid Dadaşbəyli, Fərid Ağayev, Ceyhun Əliyev, Rəşad Əliyev, Mikayıl İdrisov, Cahangir Kərimov, Rasim Kərimov, Samir Qocayev, Bəybala Quliyev, Emil Möhbalıyev).
Qeyd: Siyasi məhbus kimi tanınmış şəxslərdən bir neçəsinin cəzaçəkmə müddəti aprel və may ayları ərzində bitəcəyi üçün azadlığa buraxılmaları gözlənilir. Bu barədə müvafiq qeydlər siyahıda əksini tapıb.
İşləri monitorinq altında olanlar bölməsinə 2 nəfərin (Emin Saqiyev və Renad Əliyev) adı daxil edilib. İşçi Qrup qısa zamanda monitorinq altında olan digər işlər üzrə araşdırmaları da yekunlaşdırmağı və bu barədə qərarını ictimaiyyətə açıqlamağı nəzərdə tutur.
Siyasi Məhbusların Vahid Siyahısı ilə bağlı ümumi məlumat
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.
Vahid siyahı öncəki siyahıların yenilənməsi üzərində işləyən İşçi Qrupuna kütləvi informasiya vasitələrindən, ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və yaxınlarından daxil olan məlumatlar və sənədlər əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib edilib.
İşçi Qrup şəxsin siyasi məhbus sayılması barədə qərar verərəkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində qeyd edilən aşağıdakı meyarlara əsaslanıb:
– həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan biri, xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə;
– həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə;
– siyasi səbəblərdən, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə;
– şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa;
– həbs aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
İşçi Qrup siyasi məhbus kimi tanınan şəxslərin işləri üzrə sənədlərlə ətraflı tanış olandan sonra bu barədə qərar qəbul edir. Tutulmanın siyasi motivli olması həbs barədə məhkəmə qərarlarından, o cümlədən hüquq-mühafizə orqanlarının bəyanatlarından, dövlət rəsmilərinin çıxışlarından aşkar göründüyü halda, İşçi Qrup mahiyyət üzrə məhkəmə qərarlarını gözləmədən də şəxsin siyasi məhbus sayılması barədə qərar qəbul edib.
İşçi Qrupu Siyahının hazırlanmasında göstərdikləri dəstəyə, həm də bəzi müdafiəsiz qalan məhbuslara göstərdikləri hüquqi yardıma görə İQ ilə əməkdaşlıq edən vəkillərin səylərini yüksək qiymətləndirir.
İşçi Qrup həmçinin təəssüflə vurğulayır ki, ölkədə siyasi məhbusların sayının qat-qat çox olduğu qənaətindədir. Lakin ölkədə hökm sürən repressiv mühit həbs olunan çox sayda insanları işlərinin ictimailəşdirilməsindən çəkindirir. Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsidir.
İşçi Qrup ömürlük azadlıqdan məhrum edilən məhbuslarla bağlı məsələyə də aydınlıq gətirməyi vacib sayır. Adları öncəki və bəzi indiki siyasi məhbus siyahılarında gedən 16 belə məhbusdan 1-i ötən il vəfat edib, digər 12 nəfərin siyasi məhbus olmadığı barədə Avropa Şurasının ekspertləri rəy veriblər. Bu amilləri nəzərə alaraq İşçi Qrup geniş müzakirələrdən sonra həmin məhbuslardan 3-nün adının Siyahıya daxil edilməsi barədə qərar verib, lakin bütün ömürlük məhbusların cəzasının bəlli müddətli həbsə dəyişdirilməsi barədə ictimai səylərə dəstəyini davam etdirəcək.
Siyahını ölkənin tanınmış hüquq müdafiəçiləri, media, QHT və digər vətəndaş cəmiyyəti qurumlarının təmsiçiləri imzalayıblar.
Oxunub: 326