Əslən Azərbaycandan olan İradə Əyyubova Tatarıstanın mədəniyyət naziri təyin edilib. Bu barədə əmri Tatarıstan prezidenti Rüstəm Minnixanov imzalayıb.
Əyyubova əvvəllər Tatarıstan Arxiv İşləri Dövlət Komitəsinin rəhbəri olub.
Bakıda anadan olan Əyyubova Azərbaycan Dövlət Neft Akademiyasını bitirib (oxu.az).