AXCP Neftçala şöbəsinin fəalı, siyasi məhbus Elnur Fərəcovun həyatına təhlükə yaranıb.
E.Fərəcov 2017-ci ildə qurama narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində hökm Neftçala məhkəməsində çıxarılıb.
E.Fərəcovun səhhəti həbsxanada bir müddət əvvəl pisləşib və onu vərəm adı ilə 3 saylı xüsusi müalicə müəssisəsinə (“tubzon” – “vərəm zonası”) köçürüblər. Artıq 4 aydır “tubzaon”da saxlanılan E.Fərəcovun “müalicəsi” effekt verməyib və səhhəti daha da pisləşməyə başlayıb. Buna görə də onu Penitensiar Xidmətin müalicə mərkəzinə köçürüblər. Burada E.Fərəcovun boğazında şiş olduğu müəyyən edilib və o, biopsi edilib. Mayın 11-də isə analizlərin cavabından bəlli olub ki, məhbusun boğazındakı şiş bədxassəlidir.
Beləliklə, aydın olur ki, xərcəng xəstəsini aylardı vərəm adı ilə “müalicə edib”, onun vəziyyətinin daha da pisləşməsinə səbəb olublar. İndi isə cəbhəçi siyasi məhbusun həyatı real təhlükə altına düşüb. Amma hətta bu halında da onu haqsız həbsdən azad etməyə tələsmirlər.
azadliq.info