Gədəbəyin keçmiş icra başçısı, mayın 8-də həbs olunan və o vaxtdan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) saxlanılan Saleh Rüstəmov bu gün Bakı İstintaq Təcridxanasına köçürülüb, onun qardaşı oğlu Vidadi Rüstəmov isə hələ də bandotdeldə saxlanılır.
Bu barədə azadliq.info-ya S.Rüstəmovun ailələsindən bildirilib. Ailəsinə o özü Kürdəxanıdakı təcridxanadan zəng vuraraq məlumat verib.
“Bandotdel”də onların işgəncəyə məruz qaldığına dair şübhələr var. Onların həmin idarədə vəkillərlə görüşünə imkan verilməyib.