AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı Nəsimi rayon məhkəməsinin qərarlarından verilən şikayətə sabah baxılacaq. Proses Bakı Apellyasiya Məhkəməsində saat 11-də hakim Həsən Əhmədovun sədrliyi ilə qapalı keçiriləcək.