İyunun 25-də Tehran polisi tarixi Böyük bazardan İran parlamenti üzərinə yürüş edən izdihama qarşı gözyaşardıcı qazlardan istifadə edib. Nümayişçilər ölkədəki bərbad iqtisadi şəraitə etiraz edirdilər.
Böyük bazardakı kortəbii etiraz aksiyası iyunun 25-də səhər valyutadəyişmə məntəqələrində milli valyuta rial 10 faiz ucuzlaşandan sonra başlanıb.
Azadlıq Radiosunun əldə etdiyi videoda yüzlərlə qəzəbli etirazçının Böyük bazar və onun ətrafında nümayiş keçirdiyi görünür. Onların bu etirazı bazardakı alverçilərin öz piştaxtalarını bağlaması ilə nəticələnib.
Etirazçılar dükan və piştaxtalarını bağlamayanları “qorxaqlar” tənəsi ilə qınayırdılar.