Azadlıq Radiosunun Erməni xidməti xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan azadlığa buraxılıb.
Bu barədə məlumatı Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan verib.
Aqaronyan habelə bildirib ki, Aleksandr Sarkisyandan tapılmış silahın qanuniliyi məsələsi araşdırırlır.
***
25.06.2018
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan polis tərəfindən saxlanılıb. Onu İrəvanın mərkəzində tutublar. A. Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb.
İyun ayının 20-dən başlayaraq A.Sarkisyanın nəzarətində olan şirkətlərdə yoxlamalar başlamışdı. Erməni polisinin verdiyi məlumata görə, bu şirkətlərdə 1 milyard dramdan artıq vəsaitin mənimsənilməsi aşkarlanıb.