Ölkə başçısı İlham Əliyevin 25 iyun 2018-ci il tarixli fərmanı ilə sabiq baş nazir və müavinlərinin, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbər müavinlərinin, yerli icra hakimiyyəti orqanının rəhbərinin (başçısı), Milli Televiziya və Radio Şurasının üzvlərinin, sabiq hakimlər, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin, fövqəladə hallar orqanlarının işçilərinin əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablama qaydası açıqlanıb.
Göründüyü kimi analoqsuz ölkənin prezidenti bu uzun siyahıda işləməyən alimlərdən başqa hamını yad edib.
Sabiq hakimin pensiyasını artırıb, işləməyən alimi Allahın ümidinə buraxmaq, hökumətin elmə olan münasibətinin göstəricisidir.
Bu hakimiyyət üçün elmi olmayan alim, seçki saxtakarlığında alət olan müəllim, zülmətə tərif yağdıran ziyalı önəmlidir və belələrinə də həmişə “nəmər” verilir.
Həqiqi ziyalı, əsl elm adamı, ləyaqətli müəllim isə heç vaxt YAP hakimiyyəti üçün cəlbedici olmayıb.
Bunun nəticəsidir ki, elm adamları dilənçi payına möhtac qalıb, savadsız məmurlar saxta elmi dərəcələr alıb, təhsil rüşvət yuvasına çevrilib.
Məlum sərəncamla bir daha aydın olur ki, elmə belə ögey münasibət kimlərinsə özfəaliyyəti yox, ən başda oturanın qərarıdır.
Hakimiyyət alimin az, cahilin çox olduğu bir məmləkəti idarə etmək arzusundadır.
Hikmət