Bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər olub
Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, yeni aşkarlanan xəstələrin 298-i Azərbaycan, qalanları əcnəbi vətəndaşlardır.
Ümumilikdə, Azərbaycanda ilk dəfə QİÇS infeksiyasının aşkar olunduğu 1987-ci ildən bəri QİÇS-lə Mübarizə Mərkəzində 7061 nəfər qeydiyyata götürülüb. Onların əksəriyyəti-6833 nəfəri Azərbaycan vətəndaşıdır.
Qeydiyyata götürülənlərin 5137-i kişi, 1924-ü qadındır.
Qeydiyyata götürülmüş 7061 xəstənin 43 faizi QİÇS-ə inyeksion narkotik istifadəsi nəticəsində yoluxub.