Nəqliyyat və metroda qiymətlərin 50 faiz artırılmasından sonra yeni qiymət artımına start verildi. Baş nazir Növruz Məmmədovun bu günlərdə imzaladığı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə sənəddə ölkəyə daxil olan bir sıra ərzaq məhsullarına idxal rüsumlarının artırılmasın nəzərdə tutur. Təsəvvür edin ölkəyə daxil olan mineral və qazlı sular, şirinləşdirilmiş alkaqolsuz içkilər, qoz-fındıq və ləpə idxalına, toyuq əti və yumurtaya, bəzi tikinti materiallarına idxal rüsumları artırıldı. Bu artırılmış rusumların bədəlini kim ötəyəcək? Əlbəttə sadə Azərbaycan vətəndaşı.
Ölkəyə fərdi qaydada gətirilən telefonların qeydiyyat rüsumları da 5 dəfədən 30 dəfəyə qədər artırıldı. Eyni mənzərə avtomobil idxalında da müşahidə edilir. Deməli özlərinə məxsus telefon şirkətlərinə qeydiyyat rüsumlarını artırmır, amma Azərbaycan vətəndaşı bunların monopoliyasından kənar xaricdən gələndə öz istifadəs üçün telefon aparatı gətirirsə, onun qeydiyyatı üçün 30-150 manat arasında rüsum ödəməli olacaq. Halbuki indiyə qədər bu xidmətin qiyməti 5 manat idi. Nəqliyyat və metro da daxil olmaqla bircə mənasız formula oyunlarının bir illik xərclərinə nəinki bütün qiymət artımından qaçmaq olardı, hətta bu xidmətlərin çoxun pulsuz etmək olardı.
Lakin bu artımlar da son deyil. Bu axşam hakimiyyətin nəzarətində olan televiziyalar yanacağın qiymətinin artırılması istiqamətində təbliğata başladı. Məsələn, “Xəzər” televiziyası Türkiyədə yanacağın Azərbaycandan 3 dəfə, Gürcüstanda isə 2 dəfə baha olduğunu bəyan etdi. Lakin onu demədi ki, Türkiyədə avtomobil sahiblərinin əmək haqqı və pensiyaları Azərbaycan vətəndaşlarından 5-6 dəfə, Gürcüstanda isə 2-3 dəfə artıqdır. Üstəlik hər iki ölkə yanacağı Azərbaycan da daxil olmaqla xaricdən idxal edir. Qiymət artımı təhlükəəsi “Azərenerji” sahəsində də gözlənilir. Enerjinin vətəndaşa pərakəndə satış qiymətini 14-16 qəpiyə qaldırmaq istəyirlər. Sadəcə Mingəçevir qəzası bu artımı bir müddətə ertələdi, amma gündəlikdən çıxarmadı. Hökumətin korrupsiyası “Socar” və “Azərenerjini” müflis edib. Hər iki şirkət borc içində batır. Korrpsiyadan imtina etmək əvəzinə hökumət yanacağın və enerjinin pərakəndə satış qiymətlərini artırmaq yolu tutur, yəni bu şirkətlərin korrupsiya əməllərinin bədəlini vətəndaşlara ödətmək istəyir.
Korrupsiya demişkən, əldə olunan məlumatlara görə London və Virgin adalarında Azərbaycan hakim elitasına məxsus yeni ofşor hesablar aşkarlanıb. London və Britaniyanın müxtəlif guşələrində gizli bank hesabları, bahalı mülkləri olan Azərbaycanın yüksək vəzifəli şəxsləri həyacan içərisində arayış axtarırlar ki, milyardlar həcmində ofşor hesabları, 10 milyonlarla, bəzən 100 milyonlarla dəyəri olan malikanələri, hotelləri, müxtəlif obyektləri “alın təri” ilə qazandıqları “halal” pullarla aldıqlarını sübut etsinlər.