Mühafizlərin kənar effektlər üçün istifadəsi
Milli Məclisin kulislərində gəzən söhbətlərdən biri belədir: “Oqtay Əsədov öz anekdotları ilə parlamenti qeybətxana olmaqdan xilas etdi, ona yumoristik görkəm verdi”. Amma onun yalnız belə yumor azarkeşi, daha ciddi desək, anekdot dəlisi olduğunu güman etməyin. Oqtay müəllim yeri gələndə zəhmli olmağı da bacarır, başqaları ilə xüsusi “razborka” aparmağı da. Hətta bir dəfə Bakıda restoranlardan birinin sahibini xüsusi “söhbətə” də dəvət edib ki, niyə onun bu restoranda toya gedən yaxınlarına kifayət qədər diqqət ayrılmayıb?!
Spikerin şəxsi muhafizəsi
Spikeri mühafizə edən xüsusi təyinatlı qüvvələrindən ibarət qrup artıq çoxdandır ki, cinayətkar aləmə meyillidirlər. Belə ki, sahibkarlardan hədə-qorxu ilə pul tələb etməklə yanaşı şəhərdə reket kimi qiymətləndiriləcək işlərlə dəə məşquldurlar. Bu barədə də, Milli Məclisin yeməkxanasında qıribə söhbətlər gedir, amma təfərrüat haqqında daha sonar… Bəzi məlumatlara görə XDMX rəhbərliyi bir neçə dəfə spikerin diqqətinə çatdırıb ki, onun üçün və Parlament üçün ayrılmış mühafizəçilərin xidmətindən şəxsi intriqalar üçün istifadə etmək məsləhət deyil.
Milli Məclisin Yeməkxanası
Yeri gəlmişkən, MilliMəclisin yeməkxanasına da Oqtay Əsədov qudası Vaqif kişini müdür təyin edib. Həmin yeməkxana müdürü artıq deputatlarla 2020-ci ildə olacaq seçkiləri müzakirə edir və buy müzakirələrdən çıxarılan adamları spikerə təqdim edir. Dövlətimiz bir yeməkxana müdirinin parlamentin yeni tərkibi ilə bağlı müzakirələrə qatılmaq və öz tövsiyyələrini köhnə spikerə təqdim edəcək qədər urvatsız situasiyalara düşürülüb…
İcra Başçısı olan qudası ilə birgə biznes
Oqtay Əsədovun qudası olan Alı Qocayev Binəqədi rayonunda icra başcısı vəzifəsində çalışanda spikerlə bir yerdə rayonun ən yaxşı yerlərini satdılar, camaata divan tutdular… Amma maraqlıdır ki, nəyə görəsə bölgü məsələlərində həmişə bir- birinin qeybətini eləyirdilər, bəlkə bu qeybət hələ idi də davam edir. Alı Qocayev həmişə söhbət düşdü- düşmədi, iddia edir ki, “Oqtay vəzifəsindən dui- istifadə edib daha çox qamarlayır”, Oqtay Əsədov da eyni qaydada deyinirdi ki, “Alı hesabları gizlətməyə meylli adamdır”… Parlamentin yeməkxanasında gəzən söhbətlərdən biri də budur ki, “Samur buralardan kifayət qədər uzaqda olduğu üçün Əsədov qudasının yeni hesablarına nəzarəti itirib”.
Özü üçün bir şəhərdir, Spiker!
Orda, yəni MM-in yeməkxanasında davam etdirilə n qeybətlərdən daha bir epizodu isə belədir: “Oqtay Əsədovun Samuxdan və ya Binəqədidən umacağa ehtiyacı yoxdur. O, o qədər varlıdr ki, ayrıca bir şəhər tikə bilər”. Biz də bu qənaətləri bölüşürük.
Oqtay Əsədov AG-bankı qaraldır
Spiker Oqtay Əsədov bir-necə deputatın yanında deyib ki, AG-bank artiq Əsədovlar ailəsinə məxsusdur və Çingiz Əsədullayev bankı batırıb. Marağlısı budur ki, Oqtay müəllimin kanalizasiya və “vodoprovod” sistemindən başqa başı az şeydən çıxır, amma diqər vurulmuş adamları tənqid üzrə… ustaddır.
Keçmiş MTN ilə münasibətlər
Sirr deyil ki, Eldar Mahmudovun vaxtında Oqtay Əsədov MTN şefinin oyuncaqlarından sayılırdı. Eldar nə deyirdi, Oqtay qaça-qaça edirdi. O zaman Oqtay Əsədovun Eldardan xahişləri olub. Əvəzində də uyğun xidmətləri göstərib.
Faktlardan biri: ki, bir zamanlar MTN “canavarlarının əksəriyyətinin yaxınları Milli Məclis aparatında işlə təmin edilmişdilər və əlbəttə, səriştə arxa plana atılmaq şərtilə. Məsələn, Akif Çovdarovun oğlu kimi. Aydındır ki, Çovdarovun başı üzərinə qara buludlar alan kimi Milli Məclis aparatı canını onun oğlundan da qurtardı. Gəncənin keçmiş icra başçısının oğlu isə hələ də ordakıə iş yerini qoruyub saxlayır. Diletantları ailə mənsubiyyətinə görə Milli Məclis aparatına basıb doldurduqlarına görə də peşəkar kadrlar orada qalmaq istəmirlər və içşdən çıxıb gedirlər.
Administrasiyadan qisas!
Oqtay Əsədovun özü də deyəsən, kulis söhbətlərindən ləzzət alır. Məsələn, belə bir söhbətə necə baxırsız: “Prezident administrasiyadan gələnləri qapıda gözlətdirməkdən xoşum gəlir. Qoy, bizim ranqımızın onların ranqından aşağı olmadığını anlasınlar”… Kulisdə danışırlar ki, Administrasiyadan qisas üçün o, hətta Ramiz Mehdiyevin ayağı sınanda qonaqlıq da veribmiş.
“Qaytansız” sirdaşlıq
Onun kulis sphbətlərinə meylli olduğunu nəzərə alan İlhamƏliyev də çoxdandır ki, spikerlə ciddi planalr barədə söhbət etmir. Əvvəllər İlham Əliyev hansı klanın vurulacağı, kimlərin işdən çıxarılacağı, kimlərin vəzifəyə gətiriləcəyi kimi məsələləri Oqtayla danışmağı xoşlayırmış. Görünür, İlham Əliyevə də ürəyini boşaldacaq birisi gərəkmiş. Sonealar nəsə qulağına çatıb ki, Oqtayla danışılan söhbətlərin sədası başqa yerlərdən çıxır. Spiker öz əhəmiyyətini artırmaq üçün bu söhbətləri dəxli olmayan yerlərdə də, üstəlik, birinin üstünə beşini dəq oyub nağıl eləməyi xoşlayırmış. Buna görə də, Əliyev onu “sirdaşlıq”dan çıxarıb. Amma hər halda, 2018- ci ildəki növbədənkənar prezident seçkiləri kampaniyasının əsas sponsorlarından biri Oqtay Əsədov imiş, hər halda, bu da onun Milli Məclis kulislərində yaydığı növbəti sirrlərdən biridir.
P.S. Bu etüdləri Milli Məclisin yeməkxanasından təəssüratlar da adlandıra bilərsiz, çünki bütün söhbətlərin real mənbəyi oradır.
azadliq.info üçün xüsusi olaraq