Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bakı Hərbi Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub və V.Mahmudovun həbs müddəti daha üç ay uzadılıb.
Bundan başqa, istintaq orqanı Vüqar Mahmudova əlavə ittihamlar irəli sürüb.