Tamah üzündən daman paytaxtın 60 illik hekayəsi
Parlamentdə yenə maraqlı hadisə baş verdi. Milli Məclisin deputatı Fazil Mustafa Bakının su altında qalmasının səbəbkarları arasında yağışın adını çəkib. Millət vəkili ironik tərzdə bildirib ki, bu məsələdə əsas günah yağışındır:
“Yağış bu qədər sürətlə yağmamalıdır axı. Yağış da baxmalıdır, Bakının vəziyyətini görməlidir, bilməlidir ki, bu şəhərin kanalizasiya sistemi normal vəziyyətdə deyil. Yağış hiss eləməlidir ki, bu kanalizasiya ilə suyu daşımaq mümkün deyil. Ona görə də bir dənə günahkar var, o da yağışdır. Yağışın da vicdanı olmalıdır. Yağış niyə Londona yağdığı kimi Bakıya yağır? Dünənki yağış qərəzlidir”, – F.Mustafa deyib.
Kulisə yağan “yağışlar”
Bu, açıq çıxışdır,amma bir də kulis söhbətləri var… Orda isə deputatlar kulis arxasında şəhərin bu günə düşməsini Spiker Əsədovu gunahkar bilirlər. Spiker Əsədovun Azərsu və Kanalizasiya sahəsindəki yeyintilərdə iştirakı və ümumiyyətlə, kanalizasiya yeyintilərinin fantastik ölçüləri barədə söhbətlər yalnız MM-də yox, hər yerdə dolaşır…
Azərsu barmağını parlamentə tərəf tuşlayır!
Nəzərə alınmalıdır ki, hər il kanalizasiyasının inkişafına milyonlar sərf edilən Bakı şəhəri və ətraf qəsəbələr, baş verən adi təbiət hadisələrinə dözə bilmir. Fəslə uyğun olan leysanlar yağan kimi küçələri və məhəllələri su basır, infrastruktur dağılır, sakinlərə xeyli ziyan vurulur. Bunun da, ilkin səbəbi təbii, budur ki, kanalizasiyalar işləmir.
Müşahidə edə bilərsiniz ki, Bakida qurulmuş kanalizasiya sistemi bərbaddır, həqiqətən, acınacaqlı vəziyyətdədir. Azərsuya dəfələrlə şikayət olunsa da, dəfələrlə bu problemi ictimailəşdirsəm də, Azərsuyun vecinə belə olmayıb. Deyirlər, gedin Spiker Oqtay Əsədova sual verin, o kanalizasiya büdcəsini dağıdıb.
60 il əvvəlki baxış və “yağış” bucağı
Həqiqətın, kanalizasiyanın büdcəsini dağıdan və uzun illər Azərsunu idarə edən və kurasiya edən, indiki Milli Məclisin Sədri Oqtay Əsədov və onun az qala bütün əqrabası üçün iri villalar, bahalı maşın və yaxud müxtəlif ərazilərdə mənzillər, mülklər almaqla məşğuldurlar. İndiki Samuxun İcra başcısı, Alı Qocayev isə Oqtay Əsədovun müavini kimi həm də Kanalizasiya idarəsinin rəisi işləyib.
Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə yağmır? Amma başqa şəhərlərdə kanalizasıyanın ayrılmış vəsaiti dağıdıb oğurlamaq üçün Oqtay Əsədovlar yoxdur. Üstəlik, yeni şəhəri köhnə kanalizasiya xətlərinin üzərində tikmirlər.
Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb və o zaman salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb. İndi isə şəhər böyüyür, əhalisi artır və hər il kanalizasiyaya pul ayrılır. Təəsüflər olsun ki, bu pulu kanalizasiyanın şefləri daha “təmiz” saydıqları ünvanlara ypönəldirlər. Nəticədə də kanalizasiya xətləri bizdə yoxdur, amma Oqtay Əsədovun hesablarında milyonlar var. Əsədov isə heç narahat deyil, onun özəl yaxtası var ki, bu cür hallarda maşın yerinə sürsün…
Azad