Bu barədə məlumatı qardaşı Natiq Adilov paylaşıb.
Qardaşım, vicdan məhbusu Murad Ədilovun avqustda məhkəməsi idi. Məhkəmə onun üçün idi ki, avqustda onun türmədə olmasının 4 ili tamam olurdu və Muradın haqqı idi ki cəzasının dördə üçün çəkdiyi üçün azadlığa çıxsın.
Məhkəmə yuxarıdan gələn göstərişə görə bunu etmədi.
Apelyasiya şikayəti verdik. Bu günə qədər gözləyirdik ki, apelyasiya prosesi bugün olar, sabah olar. Vəkil Bəhruz Bayramovla bir neçə dəfə danışmışıq, ona məhkəmədən hansısa çağırış gəlib gəlmədiyin aydınlaşdırmışıq. Bəlli olub ki, ona heç bir çağırış gəlməyib. Bəlli edim ki, Murad ərizəsində məhkəmədə özünün iştirak etməyəcəyini bildirmiş, vəkilin iştirakın məqbul saymışdı.
Bugün Murad evə zəng etmiş və bildirmişdir ki, “qız evində toy olub, oğlan evindən xəbərsiz”. Yəni, apelyasiya məhkəməsində Rizvan Səfərovun sədrliyi ilə proses keçirilib, bu azmış kimi orda Muradı üzün görmədiyimiz, adın hələ də bilmədiyimiz vəkil müdafiəçi kimi iştirak edib. Muradın özü ilə heç bir məsləhətləşmə aparmadan, onun rəyin öyrənmədən vəkil təyin ediblər! Proses də noyabrda olubmuş! Bu kobud qanun pozuntusudur, biz bunu daha yüksək instansiyalarda araşdıracağıq. Amma onsuz da bunların məzhəkəyə dönən məhkəmələrindən heç nə gözləmirik, sadəcə tarixə düşsün, şahid olasınız deyə yazdım. Ar olsun!