Dekabrın 20-si Xəzər Rayon Məhkəməsində dindar Telman Şirəliyevin işi üzrə proses başa çatlb.
O 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş etiraz aksiyasında iştirak etdikdən sonra 6 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Lakin həbsdən çıxmasına bir həftə qalmış ona qarşı yeni cinayət işi açılıb. Guya onun yastığının altından biz “tapılıb”. Ona qarşı CM-in 317-2.1-ci maddəsi (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi) ilə ittham irəli sürülüb.
Dünən məhkəmə T.Şirəliyevi 5 ay 18 gün azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri hesab edirlər ki, T.Şirəliyevə qarşı yeni iş onun əfv ərizəsi yazmaqdan imtina etməsilə bağlıdır.
Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın koordinatoru Elşən Həsənov bildirib ki, T.Şirəliyev qeyri-obyektiv məhkəmə istintaqının əsasında mühakimə olunub.
Prosesdə onu dövlət hesabına təyin olunmuş vəkil müdafiə edib.
contact.az