Siyasi məhbus, AXCP Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədli dekabrın 26-da 3 gün müddətinə “karsa” salınıb. Bu barədə azadlıq.info-ya Fuad Əhmədlinin ailəsindən bildiriblər.
Fuad Əhmədli 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Onun “karsa” hansı əsas, daha doğrusu bəhanə ilə salındığı bəlli deyil. Ailə üzvləri də bu xüsusda heç nə bilmirlər. Məlum olan budur ki, dekabrın 26-ı Fuad Əhmədlini çağırıb aparıblar və az sonra onun “karsa” salındığı bilinib.
azadliq.info