ABŞ-ın Helsinki Komissiyasının həmsədri, konqresmen Kris Smit Azərbaycanda bloger Mehman Hüseynova qarşı yeni ittihamların qaldırılması ilə bağlı bəyanatla çıxış edib. O, Azərbaycan prezidenti İlham Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağıraraq, blogerə qarşı yeni ittihamların irəli sürülməsini “rejimin söz azadlığına qarşı qəddar kampaniyasında sonuncu utandırıcı epizod” adlandırıb. Bəyanatda deyilir:
“Mən təcili olaraq prezident Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıram. Mehman Əliyev rejiminin korrupsiyasının ifşa edilməsi ilə bağlı işinə görə iki il həbsdə qalıb. Hökumət iki həftə bundan öncə onun dəmir barmaqlıqlar arxasında müddətini uzatmaq üçün ona qarşı yeni ittihamlar qaldırmaqla bu ədalətsizliyi daha da ağırlaşırıb. Prezident Əliyev rejimin söz azadlığına qarşı qəddar kampaniyasında bu sonuncu utandırıcı epizoduna son qoymaq üçün hərəkət etməlidir.”