Siyasi məhbuslardan daha 2 nəfəri aclıq aksiyasına qoşulub. Bunlar AXCP üzvləri Orxan Baxışlı və Murad Ədilovdur.
Onlar aclığa başladıqları barədə yaxınları vasitəsilə məlumat yayıblar.
Aksiya Mehman Hüseynova dəstək üçün və bütün siyasi məhbuslara azadlıq tələbilə keçirilir. İndiyədək aksiyada siyasi məhbuslardan 9 nəfəri iştirak edirdi, onlardan biri sonradan aclığı dayandırmalı oldu. Orxan Baxışlı və Murad Ədilovla hazırda 10 siyasi məhbus aclıq edir.
Siyasi məhbuslara dəstək olaraq və eyni tələblə Müsavatın qərargahında ictimai-siyasi fəalların acıq aksiyası da davam edir. Aksiyaya araşdırmaçı jurnalist Xədicə İsmayıl da qoşulub. Hazırda Müsavatın qərargahında aclıq edənlərin sayı 6 nəfərdi.