Səhlab Bağırov! Tanıyırsız? Tanımamış olmazsız! Əliyevlərin 26 illik ardıcıl ANTİMİLLİ, ANTİDEMOKRATİK politikaları üzündən ölkədə olduqca ağır, dözülməz durum yaranıb: özünüyandırmalar-özünüöldürmələr kütləvi xarakter alıb. Türmələrdə genişlənən aclıq aksiyalarının bütün ölkəyə yuayılmaq, bunun isə sosial partlayış doğurmaq qorxusu var. Bu biri yandan da ölkəni mitinq çağırışları bürüyüb. Düzdür, ölkə boyu İH-lərdən polisədək bütün hakimiyət qurumlarına mitinqə gəlmək istəyənlərin qarşısını nə yolla olur olsun almaq tapşırığı verilib, ancaq yenə qorxu içindədirlər. Buna görə indiyədək illərlə “islahat” adı altında (imitasiya) yeni-yeni qurumlar yaratmaqla özü üçün, özünün yararı üçün bürokratiyanı durmadan genişləndirən, bu yolla da dövlət büdcəsini parazit bürokratiyanın yem bazasına çevirən İ.Əliyev indi tez-tələsik gerçək “islahat” görüntüsü yaratmaq üçün o qurumları bir-bir aradan götürür. O qurumların illərlə ortaya yararlı bir iş qoymadan xalqın malına xalqdan qat-qat artıq ortaq olmaları faktına görə kim sorumludur? Bəllidir!
Eləcə də ölkəni başına götürən qanunsuzluq-özbaşınalıq, rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya faktlarına görə kim sorumludur? Bəllidir! Bütün bu faktlar üzündən ölkənin üzləşdiyi çıxılmaz duruma – çoxillik ANTİMİLLİ, ANTİDEMOKRATİK yönətim (idarəçilik) metodlarının doğurduğu sosial-ekonomik, politik böhran görsənişlərinə görə kim sorumludur? Bəllidir!
Bütün bunlardan çıxış yolu olaraq Səhlab Bağırovun indiki posta (mitinqləri dağıtma postu) gətirilməyi gerçək çıxış yolundan qat-qat uzaqdır. Bu fakt kələfin bütünlüklə dolaşdırlması – gerçək çıxış yolunun görünməzliyi görsənişidir. Fransa prezidenti Makron da öncələr mitinqlərə başlayan xalqı (“sarı jiletlilər”) polislərlə qorxutmağa çalışırdı. Çoxlu sayda tutuqlamaların belə tərs effek doğurduğiunu, xalq ayaqlanmasının bütün ölkəyə yayıldığını görərək qorxuya düşən Makron indi az qala yalvarış yolu tutaraq xalqı ortaqlı olaraq uzlaşma-kompromis yollarını axtarıb tapmağa çağırır. İ.Əliyev də, onun S.Novruzov kimi “hücumçu” çevrəsi də “bizim güclü polisimiz, güclü ordumuz var” illüziyalarına çox da qapılmasınlar: general-prezident Hüsnü Mübarəkin, qonşuluqdakı Serj Sərkisyanın da özünə görə güvəndiyi “güclü polisi, güclü ordusu” vardı – nə oldu?
Rüşvət-korrupsiya içində ölkəni yoxsulluq-yolsuzluq bataqlığına batırmış İ.Əliyev görün nə deyir: “Mən ölkəmizi tərifləməklə məşğulam, bunu gizlətmirəm”. 16 illik prezidentliyi dönəmində bu, İ.Əliyevin xalqa söylədiyi bircə doğru sözdür, ancaq belə yersiz-gərəksiz TƏRİFLƏMƏLƏRLƏ, başqa cür desək, prezident olaraq AzTV-lərin bəlli funksiyasına yiyələnməklə ölkəni üzləşdirildiyi uğursuz durumdan çıxarmaq olarmı? Görünür, İ.Əliyev özü özünə inanmadığı üçün Səhlab Bağırovu yenidən keçmiş postuna qaytarmaq qaçılmazlığı ilə üzləşib…