“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin – AzTV sədri dəyişdirilib. Arif Alışanov QSC-nin sədrliyindən çıxarılıb. Bu barədə ölkə başçısı İlham Əliyevi bu gün sərəncam imzalayıb. AzTV-yə hələlik yeni sədr təyin olunmasa da, sərəncamla onun vəzifələrini icra etmək jurnalist Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.