Hikmət Nikbin
Göründüyü kimi iqtidar bir qisim dövlət qurumlarının ləğvini islahatı kimi qələmə verir.
Yəni hakimiyyət bu qədər topuğunacan enib?
İdarəçilik ixtisarlarla islahatların fərqini hələ 26 ildə də anlamayıb?
Bir vaxtlar hər yeni yaratdıqları qurumu islahat kimi təqdim edirdilər, indi də ləğv etdikləri həmin qurumları islahat kimi göstərirlər.
Biabırçılıqdır !
Nəyi isə yaradırlar islahat, həmin nəyi isə ləğv edirlər, yenə də islahat.
Ər-arvad-qohum-quda-qonşu-dost hakimiyyəti İNTELLEKTsizliyinin ağrısını çəkir.
Yazıqlaşır Vətən !
Köməksizləşir Xalq !
İdarəçiliyi müşayiət edən XOR dəstəsi isə oxuyur ki, prezident 2019-cu il üçün nəzərdə tutduqlarını hədəfləyir.
Başa düşün, bu ixtisarları başlamaq üçün təzə ilə ehtiyac vardı?
Dövlətçilik BAĞçılıq deyil ki, üzümdən doşab hazırlamağa payızı gözləyəsən !
Atdığınız hər yanlış addımda bir həqiqət öldürürsünüz !
Siz, sadəcə, inkişaf etmiş dövlətləri təqlid edirsiniz.
Axı, yaradıcı deyilsiniz.
Bir çox dövlətlərin idarəçiliyinin təsvirini Ölkədə cızmaqla nəyə isə nail ola bilməzsiniz.
26 ildir Azərbaycan Respublikasının hərəkətsizliyi, yerində sayması danılmaz gerçəklikdir.
Ləğv edilmiş dövlət qurumlarını əldə əsas tutaraq (bunlara görə islahatları) yenə də xəyallar üçbucağında xoşbəxt Azərbaycan qururlar.
Azərbaycanı xoşbəxt etmək sizin başınız üçün deyil !
Hakimiyyət şəxsiləşib!
Düşüncə kasadlığı göz önündə !
İdarəçilikdə beyinsizlik Ölkəni dağıdır !
Dünya erməni mərkəzləri Respublikamıza qarşı Paşinyanla özlərinin məkrli oyununu çox məharətlə oynamaqdadırlar.
Rusiyaya Ermənistandan AZ MÜDDƏTə geri çəkil mesajını verirlər.
Rusiyanı işğal edilmiş ərazilərimizdə uydurma “dqr” da möhkəmlənməyi təklif edirlər.
KrımI, Abxaziyanı, Osetiyanı “himayə” etdiyi kimi.
Təcavüzkar Ermənistanın indiki gedişləri Rusiyanın “dqr”də açıq şəkildə möhkəmlənməsinə hesablanıb.
Prezident də təcavüzkar Ermənistanı çökdürdüyündən danışır.
Ağ yalan !
Uğursuzluq dalanına dirənən bizik.
Təcavüzkar Ermənistanın bu məkrli siyasəti Azərbaycan Respublikasını iki yoldan birinə aparır:
1) Rusiyanın qucağına
2) Qarabağsızlığımıza
Hər iki yol məğlubiyyətimizdir !
Ailə hakimiyyəti 26 ildir ki, Rusiyanı təcavüzkar gözündə görmək istəmir.
Bu isə bizim uduzduğumuz nöqtədir.
Təsadüfi komanda özünü Moskvanın bir filialı kimi aparır.
31 ildir Rusiya və Ermənistan bu işğaldan faydalanaraq bizə qarşı bir-birlərini qol mövqeyinə çıxarırlar.
İkili standartlardan gileylənən ailə idarəçiliyi Beynəlxalq tədbirlərdə Rusiyanın tərəfini vermir.
Ailə hakimiyyəti özü Azərbaycan xalqına qarşı ikili mövqe nümayiş etdirir.
İkili mövqeyinin adını da qoyub BALANSLI SİYASƏT.
Təcavüzkar öz adıyla çağırılmalıdır !