Vəkil: ”Səbəblər qeyri-müəyyəndir”
Keçmiş siyasi məhbus Asif Lətifovun Avropa Məhkəməsinı 2014-cü ilin sentyabrında göndərdiyi şikayəti itib.
Bu barədə məlumat verən Asif Lətifovun vəkili Elçin Sadıqov bildirib ki, 2014-cü ildən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şukayətlər qeyri-müəyyən səbəblərdən ünvanına çatmır.
“Konkret olaraq, Asif Lətifovun 2014-cü il, 4 sentyabrda qanunsuz cinayət işi ilə bağlı Avropa Məhkəməsinə göndərilən şikayəti bu sıradan olan işlərdəndir. Artıq 16 noyabr 2018-ci ildə Avropa Məhkəməsindən məktub gəlib ki, Lətifov Asif Aydın oğlunun adından 4 sentyabr 2014-cü il tarixli şikayət ərizəsi Məhkəmə tərəfindən alınmayıb”.
Asif Lətifov 17 il Xüsusi Dövlət Mühafizə Xidmətinin “Beta” dəstəsinin sabiq mühafizə zabiti, baş leytenant rütbəsində xidmət edib. Xidmətdə olan nöqsanlar haqda mətbuat konfransında açıqlama verdikdən 1 il 3 ay sonra barəsində cinayət işi açılıb.
Asif Lətifova qarşı 2012-ci ilin avqustun 29-da Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah-sursat saxlamaq) və 232.2.3 (səlahiyyət həddini aşmaq) maddələrilə ittiham irəli sürülüb. 2013-cü ilin yanvarında Bakı Hərbi Məhkəməsi Asif Lətifovun 5,6 il azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb. 2014-cü ilin aprelində Ali Məhkəmə onun “işini” bir il azaldıb.
Asif Lətifovun həbsilə bağlı “Freedom House”, “Amnesty International”, “Human Right Watch” və digər nüfuzlu beynəlxalq təşkilatlar məlumatlandırılıb. O, vicdan məhbusu kimi tanınıb.
meydan.tv