Hikmət Nikbin
Azərbaycan xalqının HƏLL etməli daha vacib İKİ həyati problemi var.
Biri ailə hakimiyyətinin idarəçiliyinə son qoymaqdır, biri də Ərazi bütövlüyümüzü bərpa etməkdir.
Təbii, şəxsi və qohumluq münasibətləri üzərində qurulan yararsız iqtidar torpaqlarımızı işğaldan azad etmək gücündə deyildir.
Ayağıyla başı arasında fərqliliyi hiss edilməyən komanda Ölkəni yazıqlaşdırmaqdan savayı nəyə qadirdir ki.
Bütün uğursuzluqlarımız ailə hakimiyyətindən başladı.
H. Əliyevin hakimiyyətə gəlişiylə MİLLİ hakimiyyətin DEMOKRATİK quruluşa təminat verən prinsiplərə can atmasının, çalışmasının üstündən xətt çəkdi.
Dediyim kimi, ailə idarəçiliyinin əsasını qoydu.
H. Əliyev Ailə hakimiyyəti qurmaqla özünün ƏDALƏTLİ, AZAD, TƏHLÜKƏSİZ AZƏRBAYCAN yaratmaq təfəkkürünə malik olmadığını, köhnə idarəçilik səviyyəsindəcə qaldığını, YENİLİKləri dərk edə bilmədiyini, YENİLİKLƏRə bağlı adam olduğunu göstərdi.
Bununla da H. Əliyev özünü dövlət başçısından daha çox, FEODALa oxşatdı.
Mütərəqqi dünyanın qınaqlarından çəkinmədən, ehtiyat etmədən Xalqın adını da özünə götürməklə hamının gözü qarşısında Azərbaycan xalqını adiləşdirdi.
Mən-mən deməklə Azərbaycan xalqını küncə sıxdı.
Sanki Xalq Azərbaycan üçün yox, H. Əliyevin şəxsi maraqları üçün yaşamalı idi.
Azərbaycan uğrunda mübarizə aparmaqdansa, özlərinin ƏBƏDİ hakimiyyətinə can atan ər-arvad-qohum-quda-qonşu-dost yığması, nəticədə, KOSMOPOLİTləşdi.
Artıq, bunlara görə, Azərbaycan çoxdan Vətənlikdən qopub, sadəcə, MEYDANÇAdır.
Bunlara görə, Azərbaycan Respublikası xarici ölkələrə səfər etmək üçün təyyarə meydanı deməkdir.
Bahalı maşınlar deməkdir.
Mədə- bağırsaqlarına qulluq etmək üçün bahalı SÜFRƏ deməkdir.
Xalq olaraq hamımız layiq olduqlarımıza HAQQ etməliyik.
Ailə hakimiyyəti 26 ildə TARİX yarada bilməsə də, özüylə bağlı ən yaxşı FOLKLOR NÜMUNƏləri yarada bilir.
Fikrimdə tam mənada səmimiyəm.
Nə bilim, prezident şəhid anasını ayağa durmağa qoymadı.
Yüzlərlə belə FOLKLOR NÜMUNƏləri çəkmək olar.
Bəs, onda, tələblərində haqlı olan şəhid analarımızın üstünə polis niyə göndərildi ?
Əgər xəbərsiz idisə, bu hadisələrdə günahı olanlar hüquqi baxımdan niyə cəzasız qalırdı ?
KİV-lərdən daha bir FOLKLOR NÜMUNƏsi deyim, 1-ci vitse prezident hamını kövrəltmişdi.
O, şəhid anasına baxıb göz yaşı tökürdü.
Yetər !
Dövlət FOLKLOR NÜMUNƏləri üzərində inkişaf etmir.
Ən yaxşı bədii əsərlə Dünya Ədəbiyyatına düşmək olar, ən yaxşı bədii əsərlə Dövləti irəli aparmaq, Xalqın bütün sahələrdə inkişafına nail olmaq mümkünsüz.
Yetər !
Dövlətə, dövlətçiliyə bədii baxış sərgiləmək olmaz.
Necə ki, artıq, sərgilədiyimiz bu baxışla bu günümüzü və dünənimizi uduzmuşuq.
Heç olmasa, sabahımızı uduzmayaq !
Yetər !
Nə bilim, prezidentimiz xizək sürürdü, filan ölkənin prezidenti xizək sürə bilmədiyinə görə xəcalətindən az qalırdı iki yerə bölünə.
Bəlkə, 31 il ərzində Ərazi bütövlüyümüzü bərpa edə bilmədiyimizə görə xəcalətimizdən biz ölək ?
Məgər, xizək sürmək bütövlüyümüzdən daha önəmliymiş?
Bəsdir !
Gəlin, GERÇƏK həyata qayıdaq !
Həqiqət isə ondan ibarətdir ki, ailə hakimiyyəti 26 ildir Azərbaycan Respublkası üçün problemlər “istehsal” edir.
Azərbaycan xalqı belə bir gərəksiz hakimiyyətin idarəçiliyi ilə barışmamaqda haqlıdır.