Ya uşaqlarımlarımla məni ayaqlayıb üstümüzdən keçsin, ya da maşını saxlayıb bizi dinləsin
Son zamanlar üçəm uşaqlara qayğı ilə bağlı tez-tez televiziya efirlərindən süjetlərə rast gəlinir. Adətən uşaqlara cinslərinə görə Heydər, İlham, Mehriban, Leyla, Arzu adları qoyulur. Sən demə bu da səbəbsiz deyilmiş. Qayğı da üçəm uşaqlara yox onların adlarına göstərilirmiş. Paytaxtın Nizami rayonunda qeydiyatda olan Aygün Abdullayevanın dediklərindən belə aydın olur. 2015-ci ilin oktyabrında onların üçəm övladları- iki oğlan, bir qız dünyaya gəlir. Bununla ailədə uşaqların sayı beşə çatır. Evsiz- eşiksiz olan bu ailə üçəm uşaqlara dövlət qayğısının olması, buna görə imtiyaz sahibi olacaqlarına seviniblər. Amma üç ildən artıqdır ki, səslərinə səs verən tapılmır, qayğıları daha da artıb.
Heç bir dövlət qurumu onlara kömək etmək istəmir. Aygün Abdullayeva dəfələrlə Prezident Admistrasiyasında, Milli Məclisdə qəbullarda olduğunu bildirib.. Şəxsən Hadı Rəcəbli və Aqiyə Naxçıvanlı ilə görüşdüyünü də qeyd edib. Nizami rayon İcra Hakimiyyəti isə imkanlarının olmamasını deməklə yaxasını kənara çəkib. Şikayətçi Nizami Rayon İcra hakimiyyətinin 5-10 manatlıq qida yardımı ilə kifayətlənməsini də deyib.
Hazırda kirayədə qaldıqları ərazi üzrə Sabinçu rayon İcra Hakimiyyətinə müraciət edən Abdullayeva orada özünü təhqir edilmiş kimi hiss edib. İcra Başçısı Adil Vəliyev ailənin qeydiyyatının başqa yer olduğunu əsas gətirərək onları qəbul etməkdən imtina edib.
Ailəyə məsləhətlər də verilib. Bildiriblər ki, gərək uşaqların adını Heydər, İlham və Mehriban qoyaydılar. Bu halda onlara şərait yaranardı. Aygün Abdullayeva deyir: “Bizim yeganə səhvimiz uşaqların adının Heydər, İlham və Mehriban qoymamağımız olub. Deyirlər uşaqların adlarını Məhəmməd, Yusif, Rüqəyya deyil, Heydər İlham , Mehriban qoysaydıq müraciətiniz tez həll olunardı”.
Abdullayeva prezidentə müraciət edərək yeganə çıxış yolu kimi onun kartejinin qabağına çıxmağı düşünür. “Düşünurəm uşaqları da götürüb prezidentin yoluna çıxım, ya uşaqlarımlarımla məni ayaqlayıb üstümüzdən keçsin, ya da maşını saxlayıb bizi dinləsin. Belə yaşamaq olmaz”,-deyə üçəm uşaqların anası bildirib.
azadliq.info