Bü gün Sumqayıtda 30 nömrəli sərnişin avtobusu ilə “Pajero” markalı avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin sözlərinə görə, avtobus “Mitsubishi”ilə toqquşduqdan sonra idarəetməni itirirərək yol kənarındakı yaşayış binasına dəyib.
Hadisə nəticəsində sürücü və 10 nəfərə yaxın sərnişinin yaralandığı deyilir. Sürücünün vəziyyəti ağırdır. Hadisə yerinə Təcili Tibbi Yardım, DİN və FHN-nin əməkdaşları gəlib.
Baş verən hadisə ilə bağlı araşdırma başlayıb.
hedef14.org