Milli Şura növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Mitinq fevralın 23-nə təyin edilib. Bu barədə Milli Şura sədri Cəmil Həsənli məlumat yayıb.
“Milli Şura mitinq qərarı verdi. Növbəti aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Gələn şənbə günü, fevral ayının 23-də, saat 15:00-17:00 arasında Məhsul stadionunda Milli Şura mitinq keçirəcək. Mitinqin əsəas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir”, – deyə C.Həsənli qeyd edib.
Milli Şura sədri sonda xalqı mitinqdə iştiraka çağırıb: “Sevgili Millət Siz bizdən mitinq tələb edirdiniz, Milli Şura da bu mitinqə qərar verdi. Buyurun, indi söz Sizindir!”.